Qazaxıstanda şəffaf və ədalətli parlament seçkiləri keçirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.
“Exit Poll”un nəticələrinə görə, hakim “Nur Otan” partiyası seçicilərin 82 faizinin səsini qazanıb.Nazarbayev partiyanın qərargahında bildirib ki, seçkiləri 800 xarici və 10 min yerli müşahidəçi izləyib. Prezident qeyd edib ki, onlar seçkinin standartlara uyğun keçdiyini bildiriblər.
“Nur Otan” la yanaşı, “Ak Jol” və Kommunist Xalq Partiyası da tələb olunan 7 faizlik baryeri aşaraq parlamentə keçə biliblər.
Qeyd edək ki, martın 20-də Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilib.
Aqşin Kərimov