Modern.az

İŞİD-in məşhur üzvü PKK-ya əsir düşdü

İŞİD-in məşhur üzvü PKK-ya əsir düşdü

21 Mart 2016, 14:15

81 bölgədə axtarılan İŞİD üzvü Savaş Yıldızın izləri aşkar olunub.

Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, Taksim hücumunda  adı hallanan və Türkiyə daxilində axtarıldığı bildirilən İŞİD terrorçusu Savaş Yıldız PKK-nın Suriya qanadı YPG-nin əlində olduğu bildirilib.

İstanbul başda olmaqla Türkiyənin böyük şəhərlərində hücumlar təşkil etmələri istiqamətində əmr aldığı deyilən Savaş Yıldızın Türkiyə daxilində olduğu deyilir.

İddia “Rojava”da jurnalistiklik edən Seyid Evran Twiter hesabından bu formada xəbər verib:

“Taksim bombardiri kimi adı keçən Şavaş Yıldız YPG-nin əlində əsirdir".

Qeyd edək ki, Savaş Yıldızla bağlı yeni görüntülərin yaxın günlərdə yayılacağı  da xəbər verilib.  

Ağa AKİFOĞLU    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...