
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, PKK üzvlərinin qurduğu barrikada və həyata keçirdikləri aksiyalara görə martın 14-də komendant saatının tətbiq edildiyi Nusaybində terror əməliyyatı baş tutub.
Nusaybinin Dəclə və Fərat məhəllələrində həyata keçirilən antiterror əməliyyatlarında terrorçuların hücumu nəticəsində 3 əsgər şəhid olub.
Həmçinin bu gün səhər saatlarında terrorçuların əl istehsalı olan partlayıcı ilə təşkil etdiyi hücumda da 1 xüsusi təyinatlı polisi şəhid olub.
Qeyd edək ki, küçəyə çıxma qadağasının qüvvədə qaldığı Nusaybində bu dəqiqələrdə əməliyyat fasiləsiz olaraq davam edir.
Ağa AKİFOĞLU