Brüsselin “Maalbek” metrostansiyasında baş verən partlayış zamanı azı 10 nəfər həlak olub. Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, Brüssel metrounda ard-arda 4 partlayış baş verib. Bundan öncə aerportda baş verən partlayış zamanı 17 nəfər həlak olmuş, 30 nəfər xəsarət almışdı. Polis hadisə yerində 3 şəhid kəməri də aşkarlamışdı.
“Belga” agentliyinin məlumatına görə, Brüsseldə ikinci metro partlayışı "Şuman" stansiyasında baş verib. Bu partlayış zamanı ölənlərin olması haqda xəbər verilməsə də, yaralıların olduğu bildirilir.
Metro stansiyalarında qalan sərnişinlər tunellərdən özləri çıxmaq məcburiyyətində qalıblar.
