Fransanın Tuluza şəhərindəki aeroportda təxliyyə işləri aparılır. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təxliyyə işləri təhlükəsizlik səbəbilə həyata keçirilir.
Məlumatda uçuşların saat 14:00-a kimi təxirə salındığı, hüquq mühafizə orqanlarının terminalda bomba axtarışları apardığı qeyd edilir.Martın 22-də Brüsseldə baş verən terror aktları Avropa ölkələrini də terror təhlükəsi qarşısında qoyub.
Gülşən RAUFQIZI