Modern.az

Edam oluncaqdı, iynə vurub öldürdülər

Edam oluncaqdı, iynə vurub öldürdülər

Təhsil

23 Mart 2016, 14:24


2005-ci ildə ABŞ-ın Texas əyalətində bələdiyyə rəsmisini öldürən məhkumun edam cəzası zəhərli iynəylə əvəz edilib. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əyalət həbsxanasındakı 33 yaşlı Adam Ward səlahiyyətlilər tərəfindən əzələsinə ölümcül dozada "pentobarbital” yeridildikdən 12 dəqiqə sonra ölüb.

A.Ward cəzası icra edilmədən əvvəl ailəsinə olan sevgisini dilə gətirib və “Allah hamınızı bağışlasın” deyib. İnfazın ardından məhkumun öldürdüyü bələdiyyə işçisi Michael Walkerin atası Dick Walker edamla əlaqədar “Son 11 ildir yaşadığımız işgəncə və iztirab dindi” açıqlamasını verib.

A. Ward bu il Texasda edam edilən sayca 5-ci məhkum olub.

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...