Modern.az

16 qadın Rusiyada terror törətməyə gəlib

16 qadın Rusiyada terror törətməyə gəlib

23 Mart 2016, 16:45


Özlərini “Hacı əl-Biru” qruplaşmasının yaraqlıları adlandıran 16 qadın terror aktları törətmək məqsədilə Avropa ölkələri vasitəsilə Rusiyaya gəlib.

Modern.az Rusiya mediasına istinadən bildirir ki, ölkənin güc strukturları  terrorçu-kamikadzelər haqda məlumat əldə ediblər. Bu qadınlarla bağlı məlumatların bütün xüsusiləşdirilmiş hüquq-mühafizə idarələrinə göndərildiyi bildirilir. Onların Türkiyə ərazisindəki düşərgələrdən birində  hazırlıq keçdikdən sonra fevral ayının sonunda təxribat-terror fəaliyyəti üçün Rusiyaya gəldikləri iddia edilir.

Terrorçuların əsas hədəflərinin ictimai nəqliyyat, metro stansiyaları və hərbi hissələr olduğu istisna edilmir.

Modern.az 

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...