“Bir az öncə İraq Türkmən Cəbhəsi başqanı, millət vəkili Erşat Salihi ilə danışdım. Çox üzgün və kədərli idi. İŞİD terror təşkilatı tərəfindən Kərkükə bağlı və soydaşlarımızın yaşadığı Tazehurmatuya 50-yə yaxın xardal ve xlor qazı daşıyan roket atılması və bunun nəticəsində yaşanılan böyük fəlakət barədə danışdı. Bildirdi ki bu raket zərbələrindən bir neçə saat sonra qəsəbə xalqı pis qoxular hiss etməyə başlayıb və xəstəxanaya üz tutublar”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva bildirib.
Millət vəkili daha sonra qeyd edir ki, mütəxəsislər və xəstəxana nünayəndələri hadisə yerinə gedərək araşdırma aparıblar: “Onlar xardal və xlor qazı təsbit ediblər və rəsmi sənədlər tərtib ediblər. Zəhərli qazdan 2600 soydaşımız yaralanıb və ya ciddi təsirə məruz qalıb. Onlardan 3-ü çocuq, biri qadın olmaqla 4 kişi həyatını itirib. İrak türkmanları bunu dünyaya duyurmağa çalışsa da, səslərinə nə BMT-də, nə də digər beynəlxalq təşkilatlarda ciddi dəstək verən yoxdur. Bu gün ağır yaralanan 15 xəstə təyyarə ilə Türkiyəyə götürülüb.
“Türkmən olduğumuz üçün kimsə, dünya, beynəlxalq təşkilatlar səsimizi duymur”-, deyir Erşat Salihi.
O qədər üzüldüm ki...Orda bu acıları yaşayan bizim insanımızdır. Canı canımızdan, qanı qanımızdan.
Ey türk dünyası və dünyanın hər yerində yaşayan türklər sizə səslənirəm. İraqdakı soydaşlarımızın səsini, onlara qarşı törədilən bu insanlıq əlehinə cinayətləri bütün dünyaya duyurmağa çalışaq,onların yanında olaq.
Hər kəs özündən başlayaraq dəstək olmalıyıq və onların yanında olduğumuzu daha güclü hiss etdirməliyik”.



Modern.az