Modern.az

13 İŞİD üzvü həbs olundu

13 İŞİD üzvü həbs olundu

24 Mart 2016, 13:06


Malayziyada 13 İŞİD üzvünün həbs olunması haqqında məlumatlar yayılıb.

Modern.az-ın xarici KİV-nə istnadən verdiyi xəbərə görə   Malayziya polisi müfəttişi Xalid Əbu Bəkr Twitter səhifəsində etdiyi açıqlamada, terrorla mübarizə çərçivəsində başlanılan əməliyyatda 13 İŞİD terrorçusunun həbs olunduğu bildirib.

Polis rəsmisi həmçinin  malayziyalı rəsmilərin ən kiçik məlumatları belə nəzərə alacaqlarını qeyd edib.

Malayziya 14 Yanvarda İndoneziyanın paytaxtı Cakartadakı İŞİD silahlı terrorçularının hücumlarından sonar terror təşkilatları ilə mübarizədə tədbirlərini gücləndirib.

Bu ilin  yanvarın 15-dən etibarən terrorla mübarizə çərçivəsində Malayziyada aralarında 7 İŞİD üzvünün də olduğu 160 nəfər həbs edib.

Ağa AKİFOĞLU        

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...