Modern.az

Rusiyada terrorçuları edam edəcəklər

Rusiyada terrorçuları edam edəcəklər

24 Mart 2016, 13:26


Rusiya Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Dmitri Nosov terrorçular üçün ölüm hökmü çıxarılmasını nəzərdə tutan qanun layihəsi hazırlayır.

Modern.az Rusiya mediasına istinadən bildirir ki, deputatın sözlərinə görə, həmin layihədə terrorçular üçün ölüm hökmünün çıxarılması da öz əksini tapacaq.

“Hesab edirəm ki, SSRİ, yaxud İsrail təcrübəsi ilə getmək lazımdır.

Terrorçular üçün yalnız edam hökmü çıxaeılmalıdır”, - Nosov deyib.

Onun sözlərinə görə, ölüm hökmü yalnız günahı sübut olunan terrorçular üçün deyil, həm onları bu cinayətə cəlb edənlərə, həm də havadarlarına qarşı çıxarılmalıdır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...