Mosulun terror təşkilatı İŞİD-dən geri alınması üçün əməliyyat başlayıb.
Modern.az saytı Türkiyə KİV-nə istnadən xəbər verir ki, İraq və ABŞ silahlı qüvvələrinin birgə apardığı əməliyyatda Mosulun terrorçulardan təmizlənməsi istiqamətində əməliyyatların davam etdiyi bildirilir.İraq Müdafiə Nazirliyinə bağlı olan medianın yaydığı məlumatlarda bunun üçün “FƏTH” əməliyyatının başladığı qeyd olunub. Məlumatlarda Mosula aid olan bəzi kəndlərin Birgə Əməliyyatlar Komandanlığının nəzarətində olması bildirilib.
Ələ keçirilən kəndlərdə İraq bayraqlarının asıldığı söylənilib. ABŞ və İraq ordusunun birlikdə Mosula qurudan hücumlarıyla yanaşı ABŞ təyyarələri havadan bomba zərbələri də endirib.
Qeyd edək ki, həyata keçirilən hərbi əməliyyatlar yerli mediada “Bağdad: Birinci mərhələ başladı” başlıqları ilə yer alıb.
Ağa AKİFOĞLU