“525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayevin ailəsində ağır itki üz verib. Modern.az xəbər verir ki, tanınmış jurnalistin atası Məmməd Rzayev bu gün dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, mərhumun dəfn mərasimi sabah saat 11.00-da Ağcabədi rayonunun Rəncbərlər kəndində olacaq. Yas mərasimi də sabahdan başlayaraq 7 gün ərzində həmin kənddə keçiriləcək.Allah rəhmət eləsin...
Modern.az