Modern.az

”Sayğacların quraşdırılması zamanı əsası olmayan ödənişlər” - Millət vəkilinin qəbulu

”Sayğacların    quraşdırılması    zamanı    əsası    olmayan    ödənişlər” - Millət vəkilinin qəbulu

24 Mart 2016, 20:50

 

Milli    Məclisin    deputatı    Vahid    Əhmədov    Novruz    bayramı    günlərində    seçildiyi    Quba    rayonunda    seçiçilərinin    yanında    olub. Modern.az saytı xəbər verir ki, bayram    münasibəti    ilə    rayonda    təşkil    olunan    tədbirlərdə    iştirak    edən    millət    vəkili    seçicilərinin    problemləri    ilə    maraqlanmağı    unutmayıb. Ənənəsinə    uyğun  olaraq    rayondakı    ofisində    seçiciləri    ilə    görüşən    millət    vəkili    sonradan    onları    təkbətək    qəbul    edib. Quba    və    qonşu    Xaçmaz    rayonundan    olan    74    sakin    deputat    tərəfindən    qəbul    edilib. Qəbul    zamanı    ən    çox    qaldırılan    məsələ    manatın    uçuzlaşmasından    sonra    əhali    və    banklar    arsında    kreditlərin    qaytarılması    ilə    bağlı    yaranmış    çoxsaylı    sualların    cavabsız    qalmasıdır. Rayonda    iş    yerlərinin    az    olması, məşğulluq    orqanlarının    əhaliyə   iş    yerləri    təklif    edə    bilməməmələri    deputata    ünvanlanan    suallar    içərisində    çoxluq    təşkil    edib.

Qəbul    zamanı    əhalinin    qaz, işiq    və    su    ilə    təhcizatı    zamanı    yaranan    problemlər - ödənişlərin   aparılması, borc    məsələləri, əssasız    olaraq    təhçizatın    dayandırılması, sayğacların    quraşdırılması    zamanı    əsası    olmayan    ödənişlərin    tələb    olunması    məsələlər əvvəlki    qəbullarda    olduğu    kimi    yenə    də    səsləndirilib. Deyilən    məsələlərin    operativ    və    yerində    həlli    üçün    rayonun    bir    sıra    idarə    rəhbərləri    ilə    təmaslar    qurulub, şəhərin    icra    nümayəndəsi, işıq    idarəsinin    rəisi    və    baş    mühəndisi    ilə    görüşlər    keçirilib.

Bir sıra    məsələlər    nəzarətə    götürülərək    həlli    üçün    istiqamətlər    müəyyənləşdirilib.Növbəti    qəbul    aprel    ayına    planlaşdırılıb. 


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...