
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda hərbi hissəyə edilən terror hücumu nəticəsində 3 əsgər şəhid olub, 24 hərbçi yaralanıb.
Modern.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, PKK terrorçuları bomba yüklü maşının hərbi hissəyə çırpmaqla xain hücumu gerçəkləşdiriblər. Bunun ardından PKK tərəfdarları hərbi hissəyə silahlı hücum ediblər.
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Onlar Diyarbəkir vilayətinin xəctəxanasına yerləşdirliblər.
Modern.az