34 saylı Xətai ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov rayon ərazisində yerləşən qərargahda seçicilərlə görüşüb. Sakinləri ayrı-ayrılıqda qəbul edən millət vəkili onların problemlərini dinləyib.
Müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər, hüquqi yardım və s. üstünlük təşkil edib. Bütün müraciətlər qeydə alınıb və həlli istiqamətində müvafiq addımlar atılacağı qeyd olunub. Həmçinin aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.
F.Muradov ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.




Modern.az