Modern.az

Rusiya Türkiyəyə şərtini bir daha açıqlayıb

Rusiya Türkiyəyə şərtini bir daha açıqlayıb

25 Mart 2016, 12:40



“Moskva və Ankara arasında “buzların əriməsi” Türkiyə tərəfinin "Su-24" təyyarəsini vurması ilə əlaqədar öz məsuliyyətini etiraf etməsindən sonra mümkün ola bilər”.

APA-nın xəbərinə görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “RİA Novosti” agentliyinə müsahibəsində bildirib. O deyib ki, münasibətlərin soyuqlaşmasına Rusiya səbəb olmayıb: “Türkiyə rəhbərliyinin Suriya ərazisində Rusiya təyyarəsini vurması ilə bağlı öz məsuliyyətini qəbul edəcəyi halda, buzları əridə bilərik. Lakin Türkiyə tərəfindən bunula bağlı hər hansı istək yoxdur”.

V. Matviyenko Türkiyənin  suriyalı kürdlərin Suriya ilə bağlı danışıqlarda iştirakını istəməməsi ilə bağlı məsələni də şərh edib: “Bu mövqe BMT qətnamələri ilə ziddiyyət təşkil edir, lakin Türkiyə inadkarlıq edir və əlbəttə  ki, bu, Suriyadakı sülh prosesinə əngəl törədir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...