Modern.az

Azercell-dən xəbərdarlıq – lazımi saatı özünüz quraşdırın

 Azercell-dən xəbərdarlıq  – lazımi saatı özünüz quraşdırın

Təhsil

27 Mart 2016, 20:07

 

Respublikamızda yay vaxtına keçid ləğv olunsa da, mobil cihazlar və internetə bağlı cihazlarda saatlar 1 saat irəli çəkilib. Bu da əksər insanlarda çaşqınlığa səbəb olub. Modern.az saytı xəbər verir ki, “Azercell Telekom” MMC  məsələ ilə bağlı abonentlərinə müraciət edib. Müraciətdə bildirilir ki, Azərbaycanda yay vaxtına keçidin ləğv ediməsi ilə əlaqədar olaraq və çoxsaylı abunəçi müraciətlərini nəzərə alaraq “Azercell Telekom” MMC  xəbərdar edir: vaxtın avtomatik dəyişdirilməsi proqramı mobil telefonların, xüsusilə də smartfonların əməlıyyat sisteminə istehsalçılar tərəfindən əvvəlcədən quraşdırılırıldığı üçün telefonların göstəriciləri əvvəlki qaydada yay vaxtına keçə bilər. İstifadənizdə olan mobil cihazda  Azercell-in fəaliyyətindən  asılı olmayan və şirkətin müdaxilə imkanından xaric yaranan  yanlış zaman göstəricilərini (yay vaxtını) real vaxt göstəricilərinə uyğunlaşdırmaq  məqsədilə cihazın mexaniki vaxt dəyişmə funksiyasından fərdi şəkildə istifadə edərək lazımi saatı quraşdırmağı təklif edirik.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...