Modern.az

”Təhlükəsizlik yüksək həddə təmin edilir” - DTX əməkdaşı, Video

 ”Təhlükəsizlik yüksək həddə təmin edilir” - DTX əməkdaşı, Video

Təhsil

27 Mart 2016, 22:41

 

“Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək həddə təmin edilir”. Modern.az saytı xəbər verir ki, bunu  ANS TV-nin “Hesabat” verilişində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Cabir Məmmədzadə deyib.

Bu gün bütün dünyanın terrordan əziyyət çəkdiyi bir vaxt da ölkəmizin terrordan müdafiə olunması istiqamətində görülən tədbirlərdən danışan Cabir Məmmədzadə hüquq-mühafizə orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin  həyata keçirdiyi qabaqlayıcı tədbirlərin  terror təhlükəsizliyi təhdidlərinin neytrallaşmasına kifayət etdiyini bildirib.

Dünyada kifayət qədər tanınan terror qruplaşmalarının- "Əl-Qaidə", PKK və s. bu kimi təşkilatların Azərbaycan ərazisindəki fəallıq səviyyəsindən danışan  Cabir Məmmədzadə qlobal terror təşkilatlarının 2000-ci illə müqayisədə kifayət qədər azaldığını, keçirilən antiterror tədbirləri nəticəsində həm "Əl-Qaidə" ilə əlaqələli şəbəkələrin, həm də eyni ideyanı bölüşən ayrı-ayrı terrorçu qrupların fəaliyyəti zərərsizləşdirilib.  

 Daha sonra Suriyaya gedən azərbaycanlılardan danışan təhlükəsizlik xidmətinin əməkdaşı görülən tədbirlər nəticəsində bu axının qarşısının müəyyən qədər alındığını qeyd edib.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...