Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Modern.az saytına verilən məlumata görə, hərraca çıxarılmış vəsait 3 banka satılıb.
ARDNF tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Bu vəsaitdən 0,5 milyon ABŞ dolları məbləğində vəsait 3 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Gülşən RAUFQIZI