Modern.az

ABŞ-da prezidentliyə namizədin başdaşı qoyuldu

ABŞ-da prezidentliyə namizədin başdaşı qoyuldu

28 Mart 2016, 15:11


Nyu-Yorkun mərkəzi parkında amerikalı siyasətçi və milyarder Donald Trampın adı və doğulduğu tarix yazılan başdaşı qoyulub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, daşın martın 27-də qoyulduğu güman edilir.

Onun üzərində yazılıb: “Amerikanı yenə nifrətə vadar et”. Bu cümlə Трампın seçkiqabağı şüarı ilə səsləşir:  "Amerikanı yenidən böyük et”

Məlumatda qeyd edilir ki, başdaşı həmin ərazidə uzun müddət qalmayıb.

Amerikalı milyarder Donald Tramp ABŞ  prezidenti postuna iddialıdır. O, çıxışlarında indiki dövlət başçısı Barak Obamanı tənqid edir, müasir dünyanın ciddi problemləri ilə bağlı ciddi bəyanatlar səsləndirir və ciddi siyasi vədlər verir.

Respublikaçılar Partiyasının praymerizlərində Tramp ştatların çox hissəsində qalib gəlib ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...