Modern.az

22 yaşlı qız itkin düşüb - FOTO

22 yaşlı qız itkin düşüb - FOTO

28 Mart 2016, 17:40



İsmayıllı şəhər sakini, 09.05.1994-cü il təvəllüdlü Məmmədli Nigar Əkbər  qızı bu il martın 7-də saat 15 radələrində yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nigar Məmmədlinin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 157 santimetr, gözlərinin rəngi yaşıl, qara düz uzun saçlı, sifəti yumrudur.

Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, göy rəngli cins şalvar, ayağında isə qara çəkmə olub.

Nigar Məmmədlini görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (050) 280-45-00, (055) 513-37-13 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.

Modern.az

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...