
5 yaşlı azərbaycanlı Mina Abbasova Budapeştdə keçirilən Beynəlxalq turnirin qalibi olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın Modern.az-a verdiyi məlumata görə, 5 yaşlı Azərbaycanlı Mina Abbasova Budapeştdə keçirilən Bədii gimnastika üzrə Bahar Beynəlxalq turnirinin qalibi olub.Turnirdə Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Bosniya- Hersoqovina, İzrail və başqa dövlətlərdən olan idmançılar iştirak edib.
Məlumat üçün bildirək ki, 3 ay bundan öncə Mina Abbasova Budapeşt birinciliyinin 2-si olub.
Qeyd edək ki, Mina Abbasova Budapeştdə yaşayan jurnalist- yazıçı Əzizə Lalayevanın övladıdır.
Aytən ZƏHRA