Modern.az

ABŞ kəşfiyyatının rəhbəri Moskvada Əsədin istefasını tələb edib

 ABŞ kəşfiyyatının rəhbəri  Moskvada Əsədin istefasını tələb edib

28 Mart 2016, 20:05

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Moskvaya səfəri zamanı Susiya prezidenti Bəşər Əsədin vəzifədən getməsinin və bu ölkədə əsl siyasi keçidin vacib olduğunu bəyan edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda martın 28-də ABŞ-ın Rusiyadakı səfiriliyindən  məlumat verilib.

“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Moskvaya  martın əvvəlində gələrək Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşdə  Rusiya və Əsəd rejiminin Suriyada düşmənçiliyin dayandırılması barədə razılaşmanın öz üzərlərinə düşən hissəsini yerinə yetirmələrinin vacibliyini qeyd edib”, - diplomatik missiyanın məlumatında vurğulanır.

Bundan əlavə, məlumatda bildirilir ki, Brennan həqiqi siyasi prosesin başlaması üçün Əsədin gedişini  ABŞ hakimiyyətinin dəstəklədiyini də qeyd edib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...