Modern.az

“Azəravtoyoldan AÇIQLAMA: “Özü ilə zir-zibil gətirir”

“Azəravtoyoldan AÇIQLAMA: “Özü ilə zir-zibil gətirir”

29 Mart 2016, 11:35

Hazırda paytaxta yağan güclü yağış şəhərin mərkəzi küçə və prospektlərini keçilməz edib. Xüsusilə piyadalar yaranan gölməçələrdən keçməyə çalışarkən böyük çətinliklə üzləşir.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Modern.az saytına yol təsərrüfatlarında heç bir problem olmadığını deyir:

“Hazırda yol təsərrüfatlarında heç bir problem yoxdur. Əməkdaşlarımız yağışdan əvvəl, yağış yağan vaxt və yağışdan sonra yağış barmaqlıqlarına baxış keçirir”.

O qeyd edib ki, baxış zamanı yaranmış problemlər aradan qaldırılır:

“Çünki, yağış yağan vaxt su özü ilə zir-zibil gətirir. Baxış zamanı onların təmizlənməsi həyata keçirilir. Hazırda bizə aid olan yağış barmaqlıqlarında heç bir problem yoxdur. Suyun yollarda yığılma səbəbləri nədir mən bilmirəm.”.

A.Nəcəfli “Barmaqlıqlar normal işləyirsə, yağış suları niyə yollarda yığılıb qalır” sualına cavab olaraq bildirib: “Problem sistemin qoşulduğu kanalizasiya kollektorlarında ola bilər. Kollektorun ötürmə qabiliyyəti pis olan zaman ora axan su geri qayıdır”.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...