
Misirin paytaxtı Qahirədən İsgəndəriyyə şəhərinə uçan sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtəsində 81 nəfərin olduğu A-320 təyyarəsini naməlum şəxslər Kiprin Larnaka aerportunda məcburi eniş etməyə vadar edib.Son məlumatlara görə hadisənin arxasında silahlı şəxsin durduğu bildirilir. O təyyarənin pilot heyətinə üzərindəki “kamikadze kəməri”ni partladacağını bildirib.
***
Son məlumata görə, А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib. Hazırda təyyarəni qaçıran şəxslə Kipr hökuməti üzvləri danışıqlar aparırlar.
А-320 təyyarəsi Misirin "Egypt Air" aviaşirkətinə məxsusdur.
***
Kiprdə girov götürülən təyyarə ilə bağlı yeni informasiyalar gəlməkdə davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarəni qaçıran şəxsin Misir vətəndaşı İbrahim Samaha olduğu müəyyənləşib.
Onun 4 əcnəbi və pilot heyəti istisna olmaqla, qalan bütün sərnişnləri azad etdiyi bildirilir.
Hazırda Samaha pilot vasitəsilə hava limanını mühasirəyə almış Kipr polisi ilə danışıqlar aparır. Onun konkret tələb irəli sürmədiyi bildirilir.
Vüqar İsmayılov