Modern.az

Komitə sədri: “Birinci instansiya məhkəməsi...”

Komitə sədri: “Birinci instansiya məhkəməsi...”

Təhsil

29 Mart 2016, 14:15

Azərbaycanda psixi xəstənin psixatriya stasionarından çıxarılma qaydası dəyişdirilir.

Modern.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin 29-cu maddəsinin 29.3-cü bəndinə dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliyə görə, psixi pozuntusu ilə əlaqədar barəsində (mövcud: məhkəmə qətnaməsi ilə barəsində) tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır.

Dəyişiklik barədə məlumat verən komitə sədri Əhliman Əmiraslanov deyib ki, bu, “Cinayət- Prossesual Məcəlləsində Dəyişiklik Edilməsi Haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır:

"Burada tədbirlər mexanizmi daha da təkmilləşdirilib. Belə ki, "Cinayət- Prossesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələləri göstərilib.

Məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim- psixiatr komissiyasının rəyi mütləq şəkildə nəzərə alınmaqla, həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılması nəzərdə tutulur". Təklif olunan dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.  

Ağa AKİFOĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...