Modern.az

Bakıya düşən yağıntının miqdarı açıqlandı

Bakıya düşən yağıntının miqdarı açıqlandı

Təhsil

30 Mart 2016, 11:13


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisindəki faktiki hava şəraiti barədə açıqlama verib. Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, martın 30-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davan edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda 20-28 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-24, Böyük Qafqazda 3-32, Mərkəzi Aran rayonlarında 5-15, Lənkəran-Astara zonasında 1-4, Naxçıvan MR-da 1-2, Kiçik Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-8 mm təşkil edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı