Modern.az

Azərbaycan jurnalistləri Türkiyə televiziyasında

Azərbaycan jurnalistləri Türkiyə televiziyasında

Qarabağ

23 Dekabr 2010, 10:55

Türkiyənin paytaxtı Ankarada keçirilən “Türk dilində danışan ölkələrin media forumu”nda iştirak edən Azərbaycan media təmsilçiləridən  Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Kanal B” televiziyasında “Avrasiyadan xəbərlər” proqramının qonağı olublar.

Modern.az-ın məlumatına görə, canlı yayında proqramın aparıcısı Ceylan Ersozun suallarını cavablandıran azərbaycanlı jurnalistlər Ankarada keçirilən media forumun Türk dunyasə üçün əhəmiyyətindən danışıblar. Azərbaycanın işğal olunmuş torpaqları haqda danışan media təmsilçilərimiz Türk dünyası mediasını bu məsələyə xüsusi həssaslıq göstərməyə çağırıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat