Modern.az

DİN-dən Əkrəm Əylislinin saxlanması ilə bağlı AÇIQLAMA

DİN-dən Əkrəm Əylislinin saxlanması ilə bağlı AÇIQLAMA

Təhsil

30 Mart 2016, 12:18

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az saytına yazıçı Əkrəm Əylislinin saxlanması faktını təsdiq edib. Əkrəm Əylislinin buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanıldığı bildirilib:

“Hazırda araşdırma aparılır. Nəticə bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb. O, Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı olsa da, sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı