Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

30 Mart 2016, 12:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-13, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı