Modern.az

Deputat həyəcan təbili çaldı: ”Meşələr məhv edilir”

Deputat həyəcan təbili çaldı: ”Meşələr məhv edilir”

Təhsil

30 Mart 2016, 14:06


Azərbaycanda daha çox meşə örtüyünə yaxın olan kəndlərin, yaşayış məntəqələrinin qazlaşdırılması çox vacibdir.

Modern.az-ın məlumatına görə, bu barədə parlamentin Aqrar siyasət komitəsinin iclasında deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda torpaqların cəmi 10-15 faizini meşə örtüyü, meşələr təşkil edir:

“Bizdə meşələr elə də çox deyil. Amma çox təəssüflər olsun ki, meşələrə yaxın yaşayış məntəqələrinin qazlaşdırılmasına bəzən ikinci dərəcəli məsələ kimi yanaşılır. Bildirilir ki, onlar meşə örtüyünə yaxın olduqları üçün istilik problemini özləri birtəhər həll edə bilərlər. 

Bu, düzgün deyil. Çünki nəticədə meşələrimiz qırılır, məhv edilir, ekologiyamıza ciddi ziyan dəyir”.

Komitə sədri Eldar İbrahimov da millət vəkilinin fikirlərini müsbət dəyərləndirib.

Eyni zamanda, əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə ciddi diqqət yetirir.

“Təbii ki, kimlərsə qanunsuz şəkildə meşələrə, meşə örtüyünə ziyan vurursa, onun da artıq qanunla müəyyən olunmuş cəzaları, maliyyə saksiyaları var. Onlar məsuliyyətdən qaça bilməyəcəklər. 
Həm də ölkəmizin qaz ehtiyatları var. Artıq qaz problemindən şikayətlənməyə dəyməz. Yəni bütün kənd və qəsəbələr qazlaşdırılmalıdır”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı