Modern.az

"Reket qəzet"lərin sırasına daha bir neçəsi əlavə olundu

"Reket qəzet"lərin sırasına daha bir neçəsi əlavə olundu

23 Oktyabr 2009, 17:32

Oktyabrın 23-də Mətbuat Şurası "reket qəzet"lərin yeni siyahısını açıqlayıb.Şuranın şikayətlər üzrə komissiyasının təqdimatı əsasında "Xəbər xətti", "Hüquq və ittiham", "Qanun və nəzarət" qəzetləri "reket qəzet" elan olunub. Mətbuat Şurası "Azərbaycan dünyası brifinq" qəzetinə xəbərdarlıq edib. Modern.az xəbər verir ki, Mətbuat Şurası "Təzadlar" qəzetinin fəaliyyətində mətbu reketçilik əlamətlərinin mövcud olduğunu bəyan edib. "Təzadlar"la bağlı ayrıca müzakirə aparılıb və bu nəşrin adının "qara siyahı"ya salınması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Mətbuat Şurasında (MŞ) "Reket nəşr"lərin müəyyənləşdərilməsinə dair təlimat"a bəzi əlavələr də olunub.
Mətbuat Şurasından bildirilib ki, ""Reket nəşr"lərin müəyyənləşdərilməsinə dair təlimat"a olunan əlavəyə görə, bundan sonra "reket nəşr" elan olunmuş KİV-lərin üzərindən həmin adın götürülməsi proseduruna bu barədə qərarın qəbulundan bir il sonra baxıla bilər. Yeni qaydaya əsasən, il ərzində şuraya "reket nəşr" elan olunan KİV haqqında əsaslı şikayət və müraciətlər daxil olmamalıdır. "Qara siyahı"ya düşən mətbuat orqanı MŞ-yə müraciət ünvanlamalı, bir il ərzində çıxan saylarını şuranın monitorinq qrupuna təqdim etməlidir. Monitorinqdə KİV-in peşə prinsiplərinə və ölkə qanunvericiliyinin tələblərinə necə riayət etməsinə diqqət yetiriləcək. Bu barədə MŞ-nin katibliyinə təqdimat ünvanlandıqdan sonra məsələyə şuranın İdarə Heyətində baxılaraq yekun qərar çıxarılacaq.


Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir