Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) jurnalistlər üçün 2 günlük seminar keçirəcək. Təşkilatdan Modern.az saytına verilən məlumata görə, seminar aprelin 15-17 aprel tarixlərində Nabran şəhərində keçiriləcək. “Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda keçirilən seminar “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində keçiriləcək. Seminarda iştirakla bağlı müraciət (CV ilə) aprelin 12-dək qəbul olunacaq. Ətraflı məlumat almaq üçün GIZ-in layihə ofisinə müraciət etmək olar. Əlaqələndirici şəxs: Şakir Səfərbəyov
Tel: 497-15-88
E-mail:[email protected]
Modern.az