Modern.az

Fərasət Qurbanov: “...həmin QHT-lərin layihələrini dəstəkləməyəcəyik”

Fərasət Qurbanov: “...həmin QHT-lərin layihələrini dəstəkləməyəcəyik”

Qarabağ

23 Dekabr 2010, 20:02

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə vətəndaş cəmiyyətinin inkişafı, o cümlədən QHT-lərə dövlət dəstəyinin reallaşdırılması tədbirləri çərçivəsində maliyyə yardımı müsabiqələrinin keçirilməsilə bağlı ictimai məlumatlandırma sessiyalarını davam etdirir.

Növbəti məlumatlandırma sessiyası Qax şəhərində keçirilib. Tədbirdə məruzə ilə çıxış edən Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2011-ci ildə QHT-lərin maliyyələşdirilməsilə bağlı elan edilmiş maliyyə müsabiqəsinin qaydaları, şərtləri və müddətləri haqqında məlumat verib.

Layihələrin mövzusu ilə bağlı F.Qurbanov deyib ki, ötən il olduğu kimi, bu il də Qarabağ məsələsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların üzləşdikləri sosial-məişət çətinlikləri, demokratik proseslərin dərinləşdirilməsi, mədəniyyət, səhiyyə, təhsil və başqa sahələr bu mövzular sırasındadır. F.Qurbanov bu il region QHT-lərinin inkişafı ilə bağlı maliyyələşdirmədə irəliləyişlərin olacağını qeyd edib.

F.Qurbanov, həmçinin bildirib ki, özünün ötən ilki maliyyə fəaliyyəti haqqında Maliyyə Nazirliyinə 01 aprel 2010-cu ilədək hesabat təqdim etməyən QHT-lərin layihələrinə Şuranın bu ilki maliyyə yardımı müsabiqəsində dəstək verilməyəcəklər.

Tədbirdə yerli QHT rəhbərləri, icra strukturlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi