Modern.az

Obama ilə Ərdoğanın görüşündə azərbaycanlı xanım da olub

Obama ilə Ərdoğanın görüşündə azərbaycanlı xanım da olub

1 Aprel 2016, 18:56

ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda nüvə sammiti çərçivəsində keçirilən qısa görüşündə Olcay Radjed adlı azərbaycanlı xanım da iştirak edib.

Virtualaz.org bildirir ki, bu barədə Facebook sosial şəbəkəsinin istifadəçiləri məlumat yayıblar. Onların yazdığına görə, həmin xanım Obamanın tərcüməçisidir.

"Obamanın tərcüməçisi Olcay xanım Azərbaycan əsillidir. O 20 gün ərzində həm də bizim tərcüməçimiz olub", -deyə ABŞ-da keçirilən International Visitor Leadership Programı (IVLP) üzrə tədbirdə ştirak etmiş jurnalist Vüsal Gözəlov sosial şəbəkədə qeyd edib.    

Modern.az 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...