Rüşvət verməyə vasitəçilik etməkdə təqsirkar bilinərək tutulan Azərbaycan əsili milyarder, “Kolumbus” tocarət kompleksinin sahibi Roman Manaşirov “Lefortovo” istintaq təcridxanasında mətbəx əməkdaşını ələ almağa cəhd edib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, oliqarx 20 min rubl müqabilində yemək paylayanı ona mobil telefon çatdırmağa cəhd göstərib. Manaşirov bu hərəkətinin doğmlaraı, o cümlədən 5 övladı ilə danışmaq istəyi ilə izah edib. Nəticədə milyarderə vəzifəli şəxsə rüşvət vermə ittihamı ilə ikinci cinayət işi qaldırılıb.
Roman Manaşirov 2015-ci il noyabrın 23-də Moskvanın Presnenski məhkəməsi tərəfindən bir neçə milyon rubl rüşvət verməyə vasitəçiliyə görə həbs edilib.
İstintaqın versiyasına görə, bu rüşvət Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin Moskva üzrə müstəntiqləri Andrievski və Rubaşkinə biznesmenin dostları Januko və Dona Rafailovlara qarşı qaldırılan cinayət işinin bağlanması üçün nəzərdə tutulub.
Qardaşlar cinayətkar birlik yaratmaq və qeyri-leqal miqrasiya ilə məşğul olmaqda ittiham olunurlar. Onlar əvvəllər Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi Telman İsmayılovun köməkçiləri olublar.
Roman Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb.
O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir.
Modern.az