“Əl Qaidə” qruplaşmasının Afrika qanadı hesab olunan “Əş-Şabab” qruplaşmasının lideri Həsən əl-Dhuri Amerika pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat Pentaqon və Somali hökumətinin birgə əməkdaşlığı çərçivəsində aparılıb.
Təşkilat lideri Somali paytaxtı Moqadişodan 32 kilometr cənubda yerləşnə Cilib şəhərində məhv edilib.
Pentaqonun mətbuat katibi Piter Kuk əl-Dhurinin ölümünü “Əş-Şabab”a vurulan önəmli zərbə olduğunu deyib.
Məlumata görə, Əl-Dhuri 2014-cü ilin dekabrında Afrika İttifaqının Moqadişodakı bazasına və 3 ay sonra əcnəbilərin şəhərdə istirahət etdiyi mehmanxanaya hücumda təqsirli bilinirdi.
Həmin hücumlar 3 Amerika vətəndaşı olmaqla 25 nəfərin həyatına son qoymuşdu.
Vüqar İsmayılov