Modern.az

Rza Zərrabla bağlı yeni qərar

Rza Zərrabla bağlı yeni qərar

2 Aprel 2016, 13:31

Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, martın 19-da ABŞ-ın Mayami şəhərində həbs olunan iş adamı Rza Zərrabın işi ilə bağlı dəyişiklik olub.

Zərrabın Mayamidəki müvəqqəti vəkili Lee Stapleton ötən gün məhkəməyə ərizə təqdim edərək, aprelində 4-də keçiriləcək məhkəmə prosesinin təxirə salınmasını tələb edib.

Mayami prokuroru James Hayes vəkilin təqdim etdiyi ərizəyə etiraz etməyib.

Bunun ardınca hakim Edvin Torres ərizəni həmin gün qəbul edib və beləliklə, 4 aprel tarixində baş tutacaq məhkəmə prosesi ləğv olunub.

Twitter-də qərara dair sənədi yayımlayan baş prokuror Preet Bharara “Rza Zərrab Floridadakı məhkəmə prosesindən imtina etdi, bundan sonrakı əməliyyatlar üçün Nyu-Yorka nəql ediləcək” deyib.

Qeyd edək ki, ABŞ-ın Mayami şəhərində saxlanılan Rza Zərrab İrana qarşı sanksiyaları pozmaqda, beynəlxalq miqyaslı qeyri-leqal pul transferində və saxtakarlıqda ittiham edilir.

İran azərbaycanlısı Rza Zərrab Türkiyənin məşhur müğənnisi Ebru Gündeşlə evlidir. Onların bir qızları var.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...