Modern.az

Deputatlar cəbhədəki vəziyyət barədə: “Təxribatdır”

Deputatlar cəbhədəki vəziyyət barədə: “Təxribatdır”

Təhsil

2 Aprel 2016, 14:50


Cəbhənin ön xəttində vəziyyətin gərginləşməsinə deputatlar da münasibət bildiriblər.

Modern.az saytına açıqlama verən Ağdamın deputatı Bəxtiyar Əliyev hazırda rayonda vəziyyətin stabil olduğunu deyib:

 “Cəbhə xəttinin Ağdam istiqamətində vəziyyətin gərginləşməsinə baxmayaraq, hazırda rayonda heç bir narahatçılıq yoxdur, hər şey qaydasındadır. Hər bir situasiya nəzarət altındadır.

Müdafiə Nazirliyi də Ermənistan tərəfinin mütəmadi olaraq atəşkəsi pozması və bu gecə də diversiya qrupunun Azərbaycan ordusunun dayandığı postlara basqın etməsi ilə bağlı məlumatlar yayıb”.

Deputat hesab edir ki, Ermənistan Vaşinqtonda dünya liderlərinin görüşündən sui-istifadə edib təxribat törədir:

“ABŞ-da yüksək səviyyədə keçirilən görüşlərin ardından Ermənistan tərəfinin növbəti təxribatıdır. Ermənistan destruktiv mövqe tutur və sülh istəmir. İşğalçılıq siyasətini davam etdirməklə bölgədə əmin-amanlığa ən böyük təhlükədir. Azərbaycan ordusu Azərbaycan əhalisinin təhlükəsizliyini tam təmin etmək gücünə, həm də işğalçı qüvvələri işğal altında olan torpaqlardan çıxartmaq qüdrətinə malikdir. Amma biz bu gün hələ onu başlamamışıq”.

Tərtər rayonundan deputat Sahib Alıyev deyib ki, Ermənistanın itkiləri  böyükdür və mövqeləri qoyub qaçıblar:

“Ermənilər təşviş içindədir. Bunun üçün onların sosial şəbəkəlrədə nələr paylaşdıqlarını izləmək bəs edir ki, vəziyyətin nə yerdə olduğunu tam da olmasa, müyyən dərəcədə biləsən. Orada rəsmi qurumlar və şəxslər Azərbaycanın yaydığı xəbərləri verməməyə, cəhbədəki itlikərilə bağlı yazılara qorxulu başlıqlar qoymamağa çağırırlar. Nə qədər texnika və canlı qüvvə itirdiklərini gizlədir, ancaq uşaq ölümündən yazırlar. İtkiləri isə böyükdür. Mövqeləri qoyub qaçıblar. Ən azından havadarlarının təcili hərəkətə keçmələri göstərir ki, işğal alətinin, işalçı yox, bəli, məhz işğal alətinin burunu bu dəfə yaman əzilib. Şokdadırlar”.

Milli Məclisin Avropa Şurası Parlament Assableyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cəbhə xəttində yaranmış gərgin vəziyyəti ermənilərin təxribatı adlandırıb:

“Azərbaycan Prezidentinin Avropa və ABŞ-la apardığı uğurlu siyasətdən vahimələnən ermənilər təmas xəttində provakasiyalar yaradırlar".

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...