Nüvə Sammiti artıq öz işini başa vurmuşdur və ülkə başçıları artıq vətənlərinə qayıdır. Sammit öncəsi olduğu kim ondan sonra da bu hadisə politoloqların diqqət mərkəzində olacaqdır. Türkiyənin Prezidenti Rəcəb Təyyib Ərdoğan ilə Obamanın görüşü və ümumiyyətlə Türkiyə nümayəndə heyətinin Sammit zamanı keçirdiyi görüşlər və apardığı müzakirələr xüsusi diqqət mərkəzindədir. Bunu da təsadüfi hesab etmək olmaz.
Birincisi ona görə ki, Sammit ərəfəsində Ərdoğan Obama görüşünün baş tutmayacağını Türkiyə Prezidentinin Vaşinqtondan məyus qayıdacağını proqnozlaşdıran yerli və xarici mütəxəssislər yetərincə idi və Amerika tərəfi də bu barədə cidd-cəhdlə susurdu. Hətta Dion Nissenbaum və Karol E. Lee bir az da irəli gedərək bunu iki lider arasında yaranmış soyuqluqla əlaqələndirirdilər. Təbii ki, Amerika tərəfi haqlı olaraq ABŞ prezidentinin qrafikini çox yoğun olmasını görüşün keçirilməsinə mane ola biləcək yeganə arqument kimi irəli sürürdülər. Əllidən artıq dövlət başçısı ilə təkbətək görüşmək Obama üçün praktiki olaraq mümkün deyildi.Amerika və Türkiyə arasında müzakirə ediləsi və Yaxın Şərqin gələcək taleyinə bilavasitə təsir edəcək çoxlu sayda məsəslələr mövcuddur. Şübhəsiz həllini gözləyən məsələlərin 1-2 günlük səfər çərçivəsində müzakirə və həll olunması imkan xaricindədir. Amma gələcək münasibətlərin konturlarının bu Sammit zamanı müəyyənləşəcəyi şbhəsiz idi. Türkiyənin və şəxsən Rəcəb Təyyib Ərdoğanın bədxahlarının pessimist proqnozlarına baxmayaraq Sammitə lap az qaldığı müddətdə gğrüşün baş verəcəyi öz təsdiqini tapdı. Qeyri rəsmi formatda nəzərdə tutulsa, qisa müddətə hesablansa belə bu Türk Foreign Officinin qələbəsi idi. Bilindiyi kimi Amerika və Türkiyə arasında müzakirə ediləsi və Yaxın Şərqin gələcək taleyinə bilavasitə təsir edəcək çoxlu sayda məsəslələr həmişə mövcud olmuşdur.
Türkiyə nümayəndə heyətini Amerika tərəfi ilə sıx iş qrafiki gözləyirdi. Ərdoğan yola düşməzdən əvvəl müzakirə olunacaq məsələləri belə ifadə etmişdi: “ Sammit zamanı biz Paris, Ankara, İstanbul, Brussel və Lahorda baş verən terror hadisələri fonunda terrorizmə qarşı mübarizə aparmaq üçün ciddi əməkdaşlığın zərurətini müzakirə edəcəyik. Bu səfər zamanı terrorizmə qarşı birgə mübarizə aparmağa nail olmağı qarşımıza məqsəd qoymuşuq”
Ərdoğan həmçinin uzun müddətdir ki, Türkiyənin gündəmini zəbt edən Fətullah Gülənə qarşı tədbir gorməyi ABŞ rəhbərlərindən istəyəcəyini bildirmişdi. Heç kimə sirr deyil ki, ABŞ-ın Pensilvaniya Ştatını özünə qərargah seçmiş Fətullah Gülən zaman-zaman Türkiyə rəhbərliyi və dövlətini təhdid edir. Amma müzakirə ediləcək məsələlər bunlarla bitmirdi. Amerikanın nüfuzlu elmi tədqiqat mərkəzi “Center for a New American Security” gələcək prezident üçün hazırladığı tövsiyədə aşağıdakı əsas beş məsələ ilə ciddi məşğul olmağn zəruriliyini qeyd edirdi: 1. İŞİD və onun bənzəri olan ekstremist qrupların terror hərəkətlərinin qarşısının alınması. 2. Rusiyanın Ukraynadan başlayıb Suriyaya çatan aqressiyasının qarşısının alınması. 3. Yaxın Şərqdə məzhəb müharibəsi və humanitar faciəyə səbəb olan dörd münaqişənin (Suriya,İraq, Yəməm, Liviy) dayandırılması.
4.Çinin dominant rolunun artması nəticəsində yaranacaq status – kvoya nəzarət. 5. Təhlükəli texnologiyaların- kütləvi qırğın silahlarından tutmuş insansız uçan aparatlara qədər- yayılmasının qarşısının alınması.Göründüyü kimi Amerikanın Xarici Siyasətini narahat edən məsələlər bu gün Türkiyə üçün də önəmlidir və bu məsələlərin müzakirəsi və ortaq nöqtənin tapılmas zəruridir.
İki dövlət arsında müzakirəyə çıxarılacaq məsələlərdən biri də, analitiklərin fikrincə, PYD-YPG qruplarına baxışlardakı arasında müxtəliflik idi. Məlum olduğu qədər Türkiyə bu təşkilatları PKK kimi və onunla əməkdaşlıq edən terror təşkilatı adlandırır və bu barədə dəfələrlə ABŞ-a sübutlar təqdim etmişdir. Amerika isə Türkiyənin cəhdlərinə baxmayaraq Yaxın Şərqdə İŞİD-ə qarşı mübarizədə bu təşkilatları özünün müttəfiqi kimi baxır.
Beləliklə Nüvə Sammiti artıq öz işini başa vurmuşdur. Sammit zamanı keçirilən görüşlərdə əldə olunan nəticələr haqqında məlumat yetərincə deyil. Çox güman ki, prezidentlər əldə olunan nəticələri işləyib hazırladıqdan sonra dövriyyəyə buraxacaqlar. Digər tərəfdən tərəflərin bir-biri ilə münasibətdə atacaqları addımlar əldə olunan razılaşmanı özündə əks etdirəcək.
Əlimusa İbrahimov
Siyasi Elmlər üzrə Fəlsəfə doktoru
Politoloq