
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, Lukaşenko Qarabağda təmas xəttində baş vernələrdən narahatlığını dilə gətirib.
“İki ölkə lideri baş verən hadisələri ətraflı müzakirə ediblər. Əliyev Lukaşenkonu insidentin bütün detalları barədə ətraflı məlumatlandırıb”.
Bundan öncə, İlham Əliyev Amerikanın dövlət katibinin müavini Tomas Şennonla da cəbhə xəttindəki vəziyyəti müzakirə etmişdi.
Vüqar İsmayılov