Modern.az

10 QHT-dən olan 22 gəncə dərs keçdilər

10 QHT-dən olan 22 gəncə dərs keçdilər

24 Dekabr 2010, 11:58


Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin nəzdində Norveç İnsan Haqları Evinin dəstəyi ilə gənc fəallar üçün insan haqları ilə bağlı seminar keçirilib. Seminar Bakı şəhərində Azərbaycan İnsan Haqları Evində təşkil olunub. Seminarın koordinatoru Mətanət Əliyeva Modern.az-a bildirib ki, tədbirə ekspert qismində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dəvət olunub.

Seminarda 22 gənc iştirak edib. Onlar gənclər tərəfindən təsis edilən və fəaliyyət göstərilən 10 QHT-nin təmsilçiləridir.
İlk olaraq seminarın koordinatoru M.Əliyeva Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin yaradılması, bu qurumu təsis etmiş təşkilatlar, qurumun təşkili, formalaşması, görülən işlər, fəaliyyəti haqqında məlumat verib. O, eyni zamanda, bu seminarların aparılmasının məqsədi ilə də bağlı danışıb.

Bundan sonra ekspert, hüquq müdafiəçisi İntiqam Əliyev insan haqlarının müdafiəsi istiqamətində müxtəlif yanaşmalarla ictimai müdafiə işi ilə baglı məruzə edib. Sonra isə seminar iştirakçıları ilə mövzu ətrafında interaktiv muzakirə aparılıb. Diskussiyalarda insan haqları, hüquq-müdafiə işi haqqında, insan haqlarının müdafiəsində Azərbaycan qanunvericiliyi, beynəlxalq konvensiyalarla işləmək təcrübələri ətrafında da fikir mübadiəlsi aparılıb.

Bundan sonra 1 ay ərzində daha 2 seminar da keçiriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır