Dağlıq Qarabağda Azərbaycan ilə Ermənistan ordusu arasında gedən döyüşlər zamanı bir erməni əsgərinin Azərbaycan tərəfinə təslim olduğu ilə bağlı görüntü yayılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Füzuli, Ağdam və Tərtər istiqamətində gedən döyüşlərdə çox sayda itki ilə üzləşən düşmənin ordusunda hərbçilər arasında ciddi təşviş yaşanmağa başlayıb.
Bu səbəbdən Ermənistandan sepratçı rejimin müdafiəsi üçün Qarabağa gətirilən sıravi qulluqçuların kütləvi şəkildə hərbi hissələri tərk edib getdikləri də istisna edilmir. 100-dən çox erməni əsgərinin məhv edilməsinin şahidi olan bu hərbçi isə əynindəki ağ alt geyimini çıxarıb əlində bayraq kimi tutaraq Azərbaycan tərəfinə təslim olduğu iddia edilir.
Modern.az