Modern.az

Diaspor Komitəsində Xarici  İşlər nazirinin müavini ilə  görüş keçirilib  

Diaspor Komitəsində Xarici  İşlər nazirinin müavini ilə  görüş keçirilib  

17 Aprel 2019, 19:07

Gürcüstanın  Xarici İşlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Modern.az xəbər verir ki, Komitə sədri  ölkəmizin diaspor siyasəti haqqında məlumat verib və bu sahədə Komitənin gördüyü işlərdən danışıb.

Xarici  İşlər nazirinin müavini ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı barədə fikirlərini bölüşüb və münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib.

Görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətə daha yaxşı inteqrasiyası olunması, sosial-iqtisadi yönümlü ortaq layihələrin tətbiqi, Gürcüstan azərbaycanlılarının təhsil imkanlarının daha da artırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır