Təyin olunduğu ilk gündən vətəndaş amilini ön plana çəkən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi.
Modern.az xəbər verir ki, qəbulda idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Rayon rəhbəri vətəndaşları qəbul edərək onların qayğı və problemləri ilə maraqlanıb. Sakinlər öz problemlərini, təkliflərini səsləndiriblər.
Müraciətlər arasında işlə təminat, torpaq sahəsinin ayrılması, fərdi evin təmiri, elektrik enerjisi və təbii qazla bağlı məsələlər üstünlük təşkil edib.
Vətəndaşların müraciətlərini dinləyən cənab Məhərrəm Quliyev, səsləndirilən bir çox problemlərin əksəriyyətinin yerindəcə həlli barədə konkret tapşırıqlar verdi. Digər məsələlərin həlli araşdırılaraq müvafiq qurumlara tapşırıldı.