Modern.az

Özünü yandıran qazi VƏFAT ETDİ

Özünü yandıran qazi VƏFAT ETDİ

12 İyul 2022, 09:27

İyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edən Qarabağ qazisi Elvin Cəfərov ötən gecə vəfat edib.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a açıqlamasında faktı  təsdiqləyib. 
 

Qeyd edək ki, 35 yaşlı qazi intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.

Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfərov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. E. Cəfərovun 2 azyaşlı oğlu var.

E. Cəfərov müharibədə “Mauqli” ləqəbi ilə tanınıb. Bildirilir ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər. 

Aldığı tapşırıq ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “Mauqli” qalıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə