Modern.az

Əmək pensiyası ilə bağlı SƏRƏNCAM - 280 manat oldu

Əmək pensiyası ilə bağlı SƏRƏNCAM - 280 manat oldu

5 Yanvar 2023, 14:36

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, əmək pensiyasının minimum məbləği artırılacaq.

 

Belə ki, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat