Modern.az

İran İsraili vurdu - 5 nəfər öldü

İran İsraili vurdu - 5 nəfər öldü

Dünya

1 Mart 2026, 18:09

İsrailin Qüds yaxınlığındakı Beyt Şemeş şəhərinə raket hücumu nəticəsində beş nəfər ölüb, onlarla insan yaralanıb.

Modern.az xəbə verir ki, bu barədə "Magen David Adom" təcili yardım xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, İranın ballistik raketinin sinaqoqun yaxınlığındakı yaşayış binasına düşməsi nəticəsində təxminən 20 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Yaralıları təxliyə etmək üçün hadisə yerinə axtarış-xilasetmə qrupları, həkimlər və helikopter göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!