Modern.az

Bakıda temperatur normadan 6 dərəcə yüksəkdir

Bakıda temperatur normadan 6 dərəcə yüksəkdir

Ölkə

28 Fevral 2023, 17:20

“Hazırda ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir".

 

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

 

Xidmət rəisi qeyd edib ki, temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur: "Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib. Həmçinin keçən il də Od çərşənbəsində temperatur iqlim normasından 6 dərəcə yüksək müşahidə olunub".

 

Onun sözlərinə görə, bu il Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 17-19 dərəcəyədək yüksəlib: "Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Od çərşənbəsi bu il ölkə ərazisində əsasən sabit, yağmursuz, dumanlı hava şəraiti ilə səciyyələnir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat