Modern.az

Beynəlxalq Yer Günündə təmizlik aksiyası keçirildi - FOTOLAR

Beynəlxalq Yer Günündə təmizlik aksiyası keçirildi - FOTOLAR

Ölkə

23 Aprel 2023, 11:20

22 aprel - Beynəlxalq Yer Günündə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik işləri aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Nazirliyin dəstəyi və "Kontakt Home" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. Yüzdən artıq iştirakçının qoşulduğu tədbir zamanı 2 hektar sahədən 2 tondan artıq tullantı toplanıb.

 

Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və hər kəsi dəniz ətraf mühitinin mühafizəsində iştiraka cəlb etməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?